“SpeysX” şirkətinin “Starlink” peyk interneti artıq Gürcüstanda da fəaliyyətə başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə “SpeysX”in rəhbəri İlon Mask məlumat verib.

“Starlink” artıq Gürcüstanda mövcuddur”, - o bildirib.

Qeyd edək ki, “Starlink Georgia” 2022-ci il iyunun sonunda qeydiyyata alınıb. İyulun ortalarında Gürcüstanın Rabitə Komissiyası şirkətə respublikada işə başlamaq icazəsi verib.