Bakıda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, noyabrın 2-də saat 07 radələrində Binəqədi rayonu yeni yaşayış massivində evlərin birində 1986-cı il təvəllüdlü Zülfiyyə Alim qızı Xamoyevanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1981-ci il təvəllüdlü Qədir Tahir oğlu Qasımov saxlanılıb.

Araşdırma aparılır.