İşğal zamanı ermənilər azərbaycanlılara məxsus qəbiristanlıqdan mərmər başdaşıları sökərək, mağazalardan birinə döşəyib.

BUTA.TV xəbər verir ki, bu barədə məlumat və fotoları tarixçi alim Zaur Əliyev paylaşıb. O bildirib ki, qəbiristanlıqlardan toplanmış azərbaycanlılara məxsus məzar daşlarının döşəndiyi mağaza Ermənistanda yerləşir:

“Üzərində rəhmətə getmiş azərbaycanlıların rəsmləri olan mərmər daşlar ayaq altında, döşəmədə istifadə edilib”.

Alim xatırladıb ki, bunu jurnalist Natalya Aleksandrovna görüb, kadrlar çəkib. Faktı bloger Roman Baqdasaryan da təsdiq edib.

“O gün saatlarla məni gəzdirdi ki, əhvalım düzəlsin” - Polad Həşimovun ailəsindən reportaj “O gün saatlarla məni gəzdirdi ki, əhvalım düzəlsin” - Polad Həşimovun ailəsindən reportaj