Məşhur “Klon” serialının aktrisası Elizancela do Amaral Vergeiro 69 yaşlında vəfat edib.

BUTA.TV xəbər verir ki, bu barədə "Qlobo" məlumat yayıb. Məlumata görə, aktrisa özünü pis hiss etdiyi və nəfəs almaqda çətinlik çəkdiyi üçün noyabrın 3-də xəstəxanaya yerləşdirilib. Elizancela infarktdan xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, aktrisa “Klon” serialında Donna Noemia obrazını canlandırıb.