Noyabrın 6-sı, saat 01 radələrində Göyçə mahalının Nərədüz (ermənilər “Noratus” deyir) kəndi yaxınlığında “Leksus” markalı avtomobil yoldan çıxaraq aşıb.

BUTA.TV erməni mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.