Üç gün öncə ana olan qadın bu gün həyatını itirdi
Bərdədə əməliyyat zamanı 24 yaşlı qadın ölüb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, 3 gün öncə Bərdə rayon mərkəzi xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirən qadın evə buraxılıb.
Evdə səhəti pisləşən 1999-cu il təvəllüdlü Əlizadə Nəsibə Canpolad qızı yenidən xəstəxanaya müraciət edib. Müayinələrdən sonra əməliyyata götürülən N.Əlizədə əməliyyat zamanı vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Sabah Bakıda bu yollar qismən bağlı olacaq