Noyabrın 07-də saat 4 radələrində Masallı rayonu Birinci Yeddioymaq kəndində evlərin birində 1996-cı il təvəllüdlü Fətullayeva Salatın Hüseyn qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib. Məlumata görə, cinayət əməlini törətməkdə qadının atası, 1969-cü il təvəllüdlü Şükürov Hüseyn Qurban oğlu şübhəli bilinir. O, saxlanılıb.

Hadisə ailə münaqişəsi zəminində baş verib. Araşdırma aparılır.

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq