Şeyxin qızı klinika rəhbərliyindən getdi – “Zəhra Clinic”in yeni rəhbəri kimdir? - FOTO
"Zəhra Clinic" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi dəyişib.
BUTA.TV qaynarinfo-ya istinadən xəbər verir ki, Paşazadə Vəfa Allahşükür qızını Hüseyn Fərid Fikrət oğlu əvəzləyib. V. Paşazadə 26 oktyabr 2017-ci ildən klinikanın qanuni təmsilçisi idi. Həmçinin klinikanın nizamnamə kapitalı 100 manatdan, 200100 manata qaldırlıb.
Xatırladaq ki, Vəfa Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızıdır.