Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının sabiq “rəhbəri”, terrorçu-daşnak Vitali Balasanyan növbəti dəfə Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirilib.

BUTA.TV” xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb. Bildirilir ki, o, polkovnik Norayr Aslanyanın cinayət işi çərçivəsində dindirilib. Qeyd edək ki, Aslanyan 5 aydır ki, həbsdədir. O, qanunsuz silah-sursat dövriyyəsində ittiham olunur.