“Real” formasını bir dəfə ... - Arda Gülər Türkiyəyə QAYIDIR
Türkiyənin “Fənərbaxça” klubundan getdiyi “Real Madrid”də 4 ayda 3 dəfə zədələnən Arda Gülər Türkiyəyə qayıdır.
BUTA.TV istinadən xəbər verir ki, bu barədə iddia Türkiyə mətbuatında yayılıb. Bildirilib ki, “Fənər” Ardanı icarə ilə heyətinə qatmaq üçün İspan nəhənginin qapılarını döyüb. “Bənövşəyi-ağlar”ın prezidenti Florentino Peres təklifə müsbət baxmasa da, transfer dövrünə qədər fikrinin dəyişə biləcəyi ehtimal edilir.
Xatırladaq ki, 4 aydır “Real Madrid”ə transfer olunan Arda Gülər bu müddətdə bir dəfə belə meydana daxil olmayıb.