Fransanın ilk imperatoru I Napoleon Bonaparta (1769-1821) məxsus şlyapa Fontenbloda keçirilən hərracda təxminən 2 milyon avroya satılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Osenat Auksion Evi məlumat yayıb.

“Bir çox təkliflərdən sonra İmperator Napoleonun şlyapası 1.932.000 avroya öz alıcısını tapdı”, - deyə təşkilatçılar bildirib.

Onlar həmçinin bu qiymətin Napoleon Bonapartın kolleksiyası üçün rekord məbləğ olduğunu qeyd ediblər.