Qusar rayonunda intihar hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayon sakini, 1991-ci il təvəllüdlü Raiq Kamal oğlu Muradov özünü asaraq intihar edib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.