Bakının Binəqədi rayonu Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətinə yolda məhdudiyyət tətbiq olunub.

Bu barədə BUTA.TV-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Sürücülərdən bunu nəzərə almaları xahiş olunur.

Qeyd edək ki, bu gün saat 05:45 radələrində Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın başlayıb.