Qızılcaya yoluxan azyaşlı öldü
Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı ölüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Belə ki, bir həftəyə yaxındır qızılcaya yoluxan və qızdırması düşməyən rayonun Qağacılı kənd sakini, 4 yaşlı Rüfət Roman oğlu Qəribli xəstəxanaya gətirilərkən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.