Ata və oğlu bıçaqlandı
Noyabrın 23-də gecə saatlarında Xırdalan şəhərində ata və oğluna kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ramal Zamanov saxlanılıb.
Araşdırma aparılır.
Hakan Fidan iddiası və daxili məsələləri - Azərbaycana bağlamaq cəhdi