Qardaş bacısını instaqrama görə qətlə yetirdi - ŞOK
Günə yenə qətl xəbəri ilə başlayırıq.
"BUTA TV" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun yaydığı məlumata görə, şəhər sakini Pəri Allahverdizadənin kəsici-deşici alətlə qətlə yetirildiyi məlum olub. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onu öldürməkdə şübhəli bilinən qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.Məlumata görə, cinayətə səbəb qızın instaqramdan istifadə etməsi olub.