Türkiyənin "Ankaragücü" futbol klubunun prezidenti Faruk Qoca saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, klubun prezidenti ilə birgə daha 3 nəfər də tutulub.

Qeyd edək ki, Türkiyənin “Ankaragücü” futbol klubunun prezidenti Faruk Qoca ölkə çempionatında “Rizəspor”la oyundan sonra meydana qaçaraq hakim Ümid Melerin sifətinə zərbələr endirib.