Türkiyədə hakim Ümid Meleri döyən "Ankaragücü" futbol klubunun prezidenti Faruk Qoca vəzifəsindən istefa verib.

BUTA.TV xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.

F.Qoca baş hakim Xəlil Ümid Meler, onun ailəsi, idman ictimaiyyəti və xalqdan üzr istəyib.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Qoca meydana daxil olaraq, baş hakim Ü.Meleri yumruqla vurub.