Zelenski ABŞ Konqresinə gəldi
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Konqresinin binasına gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Ukrayna prezidentini Demokratlar Partiyasının lideri Çak Şumer və respublikaçı azlığın lideri Mitç Makkonel qarşılayıb. Zelenski ilk görüşünü senatorlarla keçirəcək.
Ukrayna prezidentinin Nümayəndələr Palatasının spikeri Mayk Consonla da görüşü nəzərdə tutulub.
Bundan əlavə, Zelenski daha sonra ABŞ Prezidenti Co Baydenlə görüşmək üçün Ağ Evə gələcək. Ukrayna və ABŞ liderləri birgə mətbuat konfransında çıxış edəcəklər.