Vəziyyət dəhşətlidir: İsrail hesab edir ki… - Lavrov
İsrail hesab edir ki, HƏMAS-ı istənilən yolla məhv etmək hüququna malikdir.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“İsrail hesab edir ki, HƏMAS-ı istənilən yolla məhv etmək hüququna malikdir. Biz real vaxtda belə bir xəttin nəticəsinin nə olduğunu görürük. Məhəllələr yerlə-yeksan edilib, 18 mindən çox dinc sakin həlak olub. Onların üçdə ikisi qadın və uşaqdır. Vəziyyət dəhşətlidir”, - Lavrov qeyd edib.