Bu il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədi ilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 8 nəfər müəyyən edilib.

BUTA.TV xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin 2023-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində bildirilib.

Qeyd edilib ki, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 7 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21, qaçaqmalçılıqla məşğul olan 3, qeyri-qanuni miqrasiya ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi həyata keçirilib.

Tək oğlunu Vətənə qurban verən şəhid atası: ‘10 illik əlillik pensiyamı kəsdilər’ Tək oğlunu Vətənə qurban verən şəhid atası: ‘10 illik əlillik pensiyamı kəsdilər’