Sabah bu ərazilərdə qaz olmayacaq
SOCAR-ın "Qaz İxrac" İdarəsi tərəfindən “1 Saylı QNAS Qaraçuxur” magistral qaz kəmərində kranın quraşdırılması zəruriyyəti ilə əlaqədar 15.12.2023-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Qaraçuxur əhali” ölçü qovşağında qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə BUTA.TV-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Təmir işləri aparılan müddətdə Suraxanı rayonunun Hövsan qəsəbəsinin, MİDA yaşayış kompleksinin, həmçinin Bahar, Zığ Bağları, Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Ada Süleymanla birgə həlak olan sürücü kimdir?