Qazaxıstanın Almatı vilayətində 5 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Almatı şəhərindən 180 km cənub-şərqdə, Qırğızıstanla sərhəddə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.