ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İsrailə səfəri çərçivəsində ölkə prezidenti İshaq Hersoqla görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə İ.Hersoq X-də yazıb.

Tərəflər İsraillə HƏMAS arasında davam edən müharibəni müzakirə ediblər.

İ.Hersoq dəstəyə görə ABŞ rəsmisinə təşəkkür edib.