Müharibə qəhrəmanının qohumuna vəzifə verildi
Quba şəhər Uşaq İncəsənət Məktəbinin (UİM) direktoru işdən çıxarılıb.
BUTA.TV-ın əldə etdiyi məlumata görə, məktəbin direktoru Mirkazım Cəfərov dövlət işində işləmənin son yaş həddinə çatdığına görə təqaüdə göndərilib.
M.Cəfərovun yerinə UİM-in Rəssamlıq şöbəsinin müdiri Sadıq Məmmədov təyin olunub.
Qeyd edək ki, Sadıq Məmmədov Vətən müharibəsi qəhrəmanı, şəhid Mehrab Niftəliyevin bacısının əridir.