Təbriz hava limanından İstanbula uçan sərnişin təyyarəsinin kapitanı uçuşdan imtina edib.

BUTA.TV xəbər verir ki, bu barədə Təbriz mediası məlumat yayıb.

Bildirilib ki, kapitan bu qərarını hava limanının uçuş-enmə zolağında söküntü və çıxıntılara görə verib.