Belarus Rusiyaya əlavə yumurta ixrac etməyə hazırdır.

BUTA.TV xəbər verir ki, bu barədə Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş deyib.

O bildirib ki, ixracla bağlı konkret plan yoxdur:

“Belarusda da yumurta istehlakı artır”.

Qeyd edək ki, hazırda Rusiyada yumurta qıtlığı yaşanır. Artıq bir çox yerdə yumurta almaq üçün uzun növbələr yaranıb.