Çinin bu böhranda daha çox iştirakını istəyirik - ABŞ
Çinin Yaxın Şərqdəki böhranın həllində daha çox iştirak etməsini istəyirik.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Çindəki səfiri Nikolas Börns deyib.
O qeyd edib ki, oktyabrın 7-dən Çin hakimiyyəti ilə əlaqə saxlayıb:
"Aydındır ki, mən onların adından danışa bilmərəm. Amma bu münaqişənin mahiyyətini məhdudlaşdırmaq üçün onların öz nüfuzundan istifadə etmələri önəmlidir".