İrandan Ermənistana yanacaq gətirən maşın aşdı
Qarakilsə-Tatev avtomobil yolunda İrana məxsus yük maşını aşıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan DİN məlumat yayıb.
Qeyd olunur ki, dekabrın 15-i saat 17:25-də Zəngəzur (Sünik) Regional Xilasetmə İdarəsinin Böhran İdarəetmə Mərkəzinə Qarakilsə-Tatev avtomobil yolunun 22-ci km-də yanacaq daşıyan maşının aşması barədə məlumat daxil olub.
Məlum olub ki, İran vətəndaşının idarə etdiyi yük avtomobili yoldan çıxaraq aşıb. Çəndən yanacaq sızması baş verib.
Tələfat yoxdur.
Ada Süleymanla birgə həlak olan sürücü kimdir?