Xəbər verdiyimiz kimi, professor Kamil Vəli bu gün vəfat edib. O, uzun illər idi Türkiyədə yaşayırdı.

Kult.az xəbər verir ki, Kamil Vəli xalq hərəkatında iştirak edib. 1992-93-cü illərdə Elçibəy hakimiyyətində baş nazirin müavini vəzifəsini tutub. AXC(P)də sədrin müavini olub.

Bir ay öncə Türkiyədə yaşayan daha bir azərbaycanlı alim Arif Acalov da Bakıda yol nəqliyyat qəzasında həyatını itirdi. O da Əbülfəz Elçibəyin müşaviri olmuşdu.

Jurnalist, yazıçı Həmid Herisçi hər iki alimin ölümü ilə bağlı maraqlı yazı paylaşıb.

O bildirib ki, hər iki mərhum – Kamil Nərimanoğlu və Arif Acalov eyni gündə, bir ay fəsilə ilə öldülər. Biri 16 noyabrda, digəri 16 dekabrda:

“İksi də təxminən eyni peşəni, taleyi, ölümü bölüşdü.

İkisi də Elçibəyin müavini işləmişdi.

İkisi də Bakıya təzəcə gəlmişdi.

Tam mistkadır bu ölümlər”.