Polşanın yeni hökuməti keçmiş prezident Lex Kaçinskinin və göyərtəsində olan daha 95 nəfərin öldüyü Tu-154 təyyarəsinin Smolensk yaxınlığında qəzaya uğramasının səbəblərini araşdıran komissiyanı ləğv edib.

BUTA.TV xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezar Tomçik məlumat verib.

O qeyd edib ki, faciənin araşdırılması üçün yüz milyonlarla vəsait xərclənib.

Polşa Müdafiə Nazirliyinin əmrinə əsasən, ləğv edilmiş komissiyanın üzvləri işlədikləri bütün sənədlər, əmlak və avadanlıqlar barədə dekabrın 18-dək hesabat verəcəklər. Eyni zamanda, komissiyanın özünün işini qiymətləndirəcək qrup yaradılacaq.

Qeyd edək ki, Tu-154M 2010-cu ildə Smolenskdə qəzaya düşüb. Qəza nəticəsində Polşa Prezidenti Lex Kaçinski də daxil olmaqla, təyyarədəki 96 nəfərin hamısı həlak olub.

Ada Süleymanla birgə həlak olan sürücü kimdir? Ada Süleymanla birgə həlak olan sürücü kimdir?