Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə minaların təmizlənməsinə dair müqavilə imzalayacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər məlumat verib.

Nazir müqavilənin yanvarın 11-də üç ölkənin müdafiə nazirləri tərəfindən İstanbulda imzalanacağını bəyan edib.

Qeyd edək ki, daha öncə sözügedən ölkələrin Qara dənizdə minaların təmizlənməsinə dair saziş imzalamağa yaxın olduğu barədə məlumat yayılıb.