Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 4-ə çatıb.

BUTA.TV xəbər verir ki, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədiyini irəli sürüb.

Bununla da Azərbaycanda prezidentliyə namizədlərin sayı 4-ə çatıb. Yeni Azərbaycan Partiyasından (YAP) Prezident İlham Əliyev, Böyük Quruluş Partiyasından (BQP) millət vəkili Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucun prezidentliyə namizədlkləri irəli sürülüb.

 

Ada Süleymanın öldüyü qəzanın təfərrüatı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı