Bakıda yolu keçən piyadanı maşın vurdu
Bakının Xəzər rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, yolu keçən piyada, 1996-cı il təvəllüdlü Rafail Xaliq oğlu Səbiyevi avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.