Budapeşt razı olmasa, Kiyev AB-də yer almayacaq
Ukraynanın AB-yə qəbulu məsələsi yalnız Macarıstanın razılığı ilə həll oluna bilər.
BUTA.TV xəbər verir ki, bunu Macarıstanın Baş nazirinin siyasi məsələlər üzrə müşaviri Balaj Orban deyib.
Onun sözlərinə görə, AB daxilində Ukraynanın qəbulu ilə bağlı vahid razılaşma yoxdur:
"Macarıstanın razılığı olmadan bu proses davam edə bilməz. Əgər Ukraynanın AB-yə qəbulu ilə bağlı qərar qəbul olunarsa, o, AB-nin 26 ölkəsinin qanunverici orqanı tərəfindən ratifikasiya edilməlidir".