Rusiya taxıl müqaviləsinin uzadılmasında maraqlı deyil, sövdələşmənin ləğvini nəzərə alsaq belə, taxıl ixracının həcmi azalmayıb, əksinə bir qədər artıb.

BUTA.TV verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev deyib.

O bildirib ki, cari kənd təsərrüfatı ilində, dekabrın ortalarına qədər 30 milyon tondan çox məhsul ixrac edilib:

"Bu, ötən ilin eyni tarixi ilə müqayisədə çoxdur".

Patruşev həmçinin vurğulayıb ki, Rusiyanın taxıl müqaviləsini bərpa etməkdə maraqlı olmaması əsasən siyasi qərardır.