Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BUTA.TV-a bildirilib ki, dekabrın 17-si saat 19 radələrində Zaqatala rayonu Faldarlı kəndi ərazisində Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə piyada, 1999-cu il təvəllüdlü Yusifov Bayram Məhəmməd oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Ada Süleymanla birgə həlak olan sürücü kimdir? Ada Süleymanla birgə həlak olan sürücü kimdir?