2024-cü ilin fevral ayının 20-24 tarixlərində Təbrizdə Muğam musiqi festivalı keçiriləcək.

Kult.az xəbər verir ki, bunu Təbriz Şəhər Şurasının Mədəniyyət Komissiyasının başçısı Qulamrza Əhmədi deyib.

Onun sözlərinə görə, festivalda 9-17 və 18-40 arası yaş qruplarına mənsub şəxslər iştirak edəcəklər.

Əhmədi festivalda iştirak edən sənətçilərin hamısının yerli və ənənəvi geyimdə çıxış etmələrinin şərt olduğunu deyib.