Vladimir Zelenski Ukraynadakı münaqişənin həllinin yeganə siyasi yolunun olduğunu anlamağa başlayıb.

BUTA.TV xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Düşünürəm ki, ən yaxşı şans biz onlarla (Ukrayna hakimiyyəti - red.) daha yaxından işləyəcəyik ki, onlar başa düşsünlər ki, bu, yeganə şansdır. Əgər bundan istifadə etməsələr, tam çöküş olacaq", - Belarus lideri vurğulayıb.

Onun sözlərinə görə, artıq Zelenskinin mətbuat konfransında söylədikləri siyasətçilərin qulağına çatıb:

"Hərbçilər baş verənləri görür. Təzyiq çox güclüdür. Yəqin ki, Zelenskinin mətbuat konfransında onun vəziyyəti anlamağa başladığını hiss etdiniz".