Yanvarın 1-dən Rusiya Avrasiya İqtisadi İttifaqına sədrliyi Ermənistana təhvil verəcək.

BUTA.TV xəbər verir ki, bu sözləri Prezident Vladimir Putin Aİİ-nin Sankt-Peterburqda keçirilən sammitində deyib.

“Mən erməni tərəfdaşlarımıza və dostlarımıza uğurlar arzulamaq istəyirəm”, - deyə o vurğulayıb.

Putin “erməni tərəfdaşlara” kömək etməyə hazır olduqlarını qeyd edib.