ABŞ Kətaib Hizbullahın mövqelərinə zərbələr endirdi
ABŞ ordusu İraq və Suriyadakı bazalarına edilən hücumlara cavab olaraq Kətaib Hizbullah qruplaşmasının hədəflərinə zərbələr endirib.
BUTA.TV xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin məlumat verib.
“Bu gün Prezident Baydenin göstərişi ilə ABŞ qüvvələri İraqda Kətaib Hizbullah və ona bağlı qrupların istifadə etdiyi üç obyektə lazımi zərbələr endirib”, - Ostin bildirib.