Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanla anklav məsələlərinin delimitasiya çərçivəsində həll oluna biləcəyini deyib.

BUTA.TV xəbər verir ki, qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında F.Şəfiyev qeyd edib ki, sülhə mane olan məsələlər həll olunub.

“Sadəcə ortada anklav məsələləri var, ola bilsin ki, onlar delimitasiya çərçivəsində həll olunacaq”, - əlavə edib.