Biləsuvar rayonunda 4 piyadanı avtomobil vurub.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, rayon sakini Rəfail Qubadov idarə etdiyi "Nissan X Trail" markalı avtomobillə şəhər ərazisində Nemət Məmmədovu, Nurlan Abdullayevi, Səyyar Paşayevi və Zabil Mirzəyevi vuraraq xəsarət yetirib.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.