Rusiyanın bu imkanlarını nəzərə almadıq - Alman general
Ukrayna müharibəsində Rusiyanın bəzi imkanları nəzərə alınmayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Almaniya ordusunun general-mayoru Kristiana Froydinq yerli mediaya açıqlamasında deyib.
O bildirib ki, rusların dözümlülük qabiliyyəti əvvəlcədən düzgün qiymətləndirilməyib:
“Rusiyanın indi müşahidə etdiyimiz şəkildə uğur qazanacağını Bundesver də təsəvvür etmirdi. Ən sərt sanksiyalar rejiminə baxmayaraq, onlar öz hərbi-sənaye kompleksini qurur, genişləndirir, istehsal gücünü artırırlar”.
General əlavə edib ki, Almaniya Müdafiə Nazirliyi Rusiyanın müttəfiqlərindən tədarük axtarışlarını görməyib, yaxud görmək istəməyib.
Məşhur aparıcı ad gününü keçirdikdən sonra qəzaya düşdü, öldü - Video