Bakı şəhəri Yasamal rayonunda 30 yaşlı Nicat Ağanemət oğlu Bayramov evinin hamam otağında çimərkən ölüb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisənin baş verməsinin ilkin səbəbi olaraq dəm qazı zəhərlənməsi ehtimal edilir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.