Türkiyəli siyasətçi Sinan Oğan "Qalatasaray"- "Fənərbağça" oyununun Xankəndi stadionunda keçirilməsini təklif edib.

BUTA.TV xəbər verir ki, bu barədə o, X sosial hesabında bildirilib. “Mütləq ölkə xaricində oynamaq istəyirsinizsə, Xankəndi stadionunu tövsiyə edirəm”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, dünən Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Qalatasaray"-"Fənərbağça" final matçı Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edilib.