Ankara Bələdiyyəsi Səudiyyə Ərəbistanın səfirliyinin qarşısına Atatürkün böyük rəsmini və Türkiyə bayrağı asıb.

BUTA.TV xəbər verir ki, bununla bağlı yerli mediada görüntü paylaşılıb.

Qeyd edək ki, Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Qalatasaray"-"Fənərbağça" final oyunu ötən gün Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edilib.