Bakıda 2 qəza: bu yollarda sıxlıq yarandı
Heydər Əliyev prospekti, ASAN Xidmətin yaxınlığında və Ziya Bünyadov ilə Azadlıq prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Nəticədə həm Heydər Əliyev prospektindən mərkəz, həm də Ziya Bünyadov prospektindən “Koroğlu” metrostansiyası istiqamətlərində sıxlıq yaranıb.