Rusiyanın Başqırdıstan Respublikasının səhiyyə naziri Ayrat Raxmatullinin olduğu avtomobil qəzaya düşüb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, nazirin olduğu “Toyota Kamri” avtomobili ötmə əməliyyatını həyata keçirmək istəyib. Lakin sürücü çovğun səbəbindən qarşıdan gələn “Lada Larqus”u görməyib və hər iki avtomobil toqquşub.

Qəza nəticəsində Raxmatullinin körpücük sümüyü sınıb və qapalı kəllə-beyin travması alıb. Nazir və köməkçisi xəstəxanaya yerləşdirilib.

Bakıda bu ərazilərə avtomobillə giriş pullu olacaq - Video Bakıda bu ərazilərə avtomobillə giriş pullu olacaq - Video