Rusiya NATO-ya qarşı müdafiə taktikası yürüdür.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa deyib.

Onun sözlərinə görə, NATO-ya Moskvadan heç vaxt təhlükə olmayıb:

“Amma Alyans üçün iqtisadi təhlükələr mövcuddur. Bir çox siyasətçilər başa düşür ki, münaqişənin daha da gərginləşməsi NATO ölkələri üçün iqtisadi problemlərə gətirib çıxaracaq. Bundan sonra siyasi problemlər yarana bilər”.